Dil seçimi: AZ EN RU
Bizimlə əlaqə:
+994 (12) 498 16 77

Biz kimik?

Kapital Bazarı üzrə Təlim Mərkəzi Azərbaycanda qiymətli kağızlar bazarı üzrə ixtisaslaşmış təlim mərkəzidir. Qeyri-kommersiya təşkilatı olaraq biz, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərməklə, onun məqsədlərini yerinə yetiririk. Mərkəzimiz Dünya Bankının dəstəyi ilə Komitə tərəfindən keçirilən Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi (CMMP) çərçivəsində yaradılmışdır.

Mərkəzimiz maliyyə və fond bazarlarında işləyən, və ya işləmək istəyən hər kəs üçün yaradılmış təlim mərkəzidir. İqtisadiyyatın perspektivli sahəsi olmaqla, bu bazarlar zəruri bilik və təcrübə tələb edir.

Ölkəmizdə bu sahənin kifayət qədər gənc olmasına baxmayaraq, mərkəzimiz tərəfindən hazırlanan proqramlar qərb təcrübəsinin yerli bazarlarda tətbiqini, eləcə də beynəlxalq bazarlara inteqrasiyasını təmin edir. Bunun nəticəsi olaraq, həm yerli həm də beynəlxalq bazarlarda fəaliyyət göstərməyiniz üçün optimal tədris proqramları hazırladıq ...    Daha ətraflı


Gələcək proqramlar

Şərhlər
Şərh #1
Möhtəşəm proyektdir. Bu tip tədris
mərkəzlərinə azərbaycan böyük
ehtiyac var.
Şərh #2
Göstərdikləri yüksək xidmətə görə
Mərkəzin direktoru Cəmilə xanıma,
təlimçi Rauf bəyə minnətdarlığımı
bildirirəm.
Şərh #3
Tədris üsulu əladır.
Şərh #4
Səlis, anlaşılan dildə təlim
Şərh #5
Təlim yüksək səviyyədə təşkil olunur
Şərh #6
Men yanvar ayında sizin təliminizdə iştirak
etmişdim müsahibəyə hazırlaşmaq üçün
və bu gün müsahibəm çox uğurlu oldu
Sizin kursunuza təşəkkürümü bildirirəm